Beynəlxalq Bankın filialında bomba xəbəri yalan çıxdı

Beynəlxalq Bankın filialında bomba xəbəri yalan çıxdı backend

Azərbaycan Beynəlxalq Bankının (ABB) Quba filialına bomba qoyulması barədə məlumat yalandır.

Qaziler.az bildirir ki, bunu Trend-ə ABB-dən deyiblər.

Bankdan bildiriblər ki, filial artıq normal iş rejiminə qayıdıb: "Bu gün naməlum şəxs banka zəng edərək ABB-nin Quba filialına bomba qoyulması barədə məlumat verib. Bankın təhlükəsizlik xidməti hüquq-mühafizə orqanlarını məlumatlandırıb. Görülmüş işlər nəticəsində bomba barədə məlumat təsdiqini tapmayıb".

ABB-dən bildiriblər ki, hazırda zəngin haradan daxil olduğu araşdırılır.
Diaspora