Bu ilin 8 ayında əhaliyə 7 milyard manat sosial ödəniş edilib - VİDEO

Bu ilin 8 ayında əhaliyə 7 milyard manat sosial ödəniş edilib - VİDEO backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 7 milyard manat vəsait ödənilib.

Qaziler.az bu barədə Nazirliyin məlumatına istinadla xəbər verir. 

Bildirilib ki, 8 ayda

· pensiyalar üzrə 5 milyard 222 milyon manat,

· müavinətlər üzrə 961 milyon manat,

· təqaüdlər üzrə 542 milyon manat,

· ünvanlı dövlət sosial yardımı üzrə 270 milyon manat

vəsait ödənişi həyata keçirilib.

Bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən 633 milyon manat (10 faiz) çox olub.