Üç ildən sonra FED uçot dərəcəsini artırdı

Üç ildən sonra FED uçot dərəcəsini artırdı backend

ABŞ Federal Ehtiyat Sistemi (FED) yüksək inflyasiyanı cilovlamaq məqsədilə uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 3,75–4 faiz diapazonuna çatdırıb.

Qaziler.az xəbər verir ki, bu, FED-in 2023-cü ildən bəri uçot dərəcəsini ilk dəfə artırmasıdır.
“Bugünkü qərar inflyasiyanın 2 faizlik hədəfə daha tez qaytarılmasına kömək edəcək”, – deyə qurumun açıqlamasında bildirilib.

FED-in açıqladığı proqnozlara əsasən, uçot dərəcəsi bu ilin sonunadək daha bir dəfə artırıla və təxminən 4,1 faizə çatdırıla bilər.