Dünyada neftə tələbat azalacaq - Proqnoz

Dünyada neftə tələbat azalacaq -  Proqnoz backend

Bu il dünyada neftə tələbat sutkada 2,5 milyon barel azalacaq.

Qaziler.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında bildirilir.

“2026-cı ildə dünya üzrə neftə tələbat sutkada 2,5 milyon barel azalacaq. Bu, ötən ayın hesabatında proqnozlaşdırılandan təxminən 940 min barel çoxdur”, — sənəddə qeyd olunub.

Tələbatın azalmasına əsasən ABŞ və İran arasında problemin həlli ilə bağlı danışıqlarda yaranmış çıxılmaz vəziyyət, Fars körfəzi ölkələrindən neft tədarükündə fasilələr və yanacağın, xüsusilə dizelin yüksək qiymətləri təsir göstərir.

Sentyabrın 10-da “Bloomberg” agentliyi yazıb ki, tədarük imkanlarının azalması səbəbindən Çinin neft emalı zavodları (NEZ) Rusiya yanacağını fəal şəkildə almağa başlayıb.

QAZİLER.AZ