Banklar müştərilərə bu güzəşti edəcək

Banklar müştərilərə bu güzəşti edəcək backend

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin kommersiya bankları ilə görüş keçirib.

Qaziler.az bildirir ki, ANS PRESS-in məlumatına görə, AMB-nin baş direktoru Rəşad Orucovun iştirakı ilə keçirilən görüşdə “üzən məzənnə” rejiminə keçilməsindən sonra bank sektorunda yaranmış vəziyyət, bankların xarici öhdəlikləri, kredit portfelindəki vəziyyət, stress-testlər, 2016-cı ildə bankların fəaliyyəti ilə bağlı planlar müzakirə olunub.

Görüşdə bankların konsolidasiya (birləşməsi) məsələsi, dollarla krediti olan müştərilərlə bağlı siyasət əsas mövzulardan biri olub.

Məsələni şərh edən iqtisadçı ekspert Samir Əliyev bildirib ki, bu görüşdən sonra müştərilərə bir sıra güzəştlər ola bilər: "Fevral ayında olan devalvasiyadan sonra da müştərilərə güzəştlər var idi, yəqin, bu dəfə də banklar bu mövzu ətrafında yeni güzəşt proqramı hazırlayar. Güzəştlər isə vaxtın uzadılması və faiz dərəcəsinin artmamasından ibarət olar", - deyə Samir Əliyev fikrini izah etdi.

Ekspert onu da əlavə etdi ki, Mərkəzi Bank daha çox tövsiyyə xarakterli təkliflər irəli sürsə də, bəzən bu, məcburi şəkildə həyata keçirilir, baxmayaraq ki, Mərkəzi Bankın digər bankların kedit məsələsinə qarışmaq ixtiyarı yoxdur, bu qanuna ziddir:

"Mərkəzi Bank digər banklara müəyyən bir normativlər çərçivəsində göstəriş verə bilər. Məsələn, müəyyən normativləri qəbul edən banklara lisenziya verir və bankları məcbur edir ki, həmin normativləri yerinə yetirsin. Əks halda, lisenziya ləğv oluna bilər və ya banklara qarşı sərt tədbirlər görülə bilər. Amma digər məsələlərdə Mərkəzi Bank digər bankların kredit siyasətinə qarışa bilməz. Bura həm faiz, həm komissiya haqları aiddir. Baxmayaraq ki, birinci devalvasiyada bu qanun pozuldu və Mərkəzi Bank komissiya haqlarını bir faizə saldırdı. Eləcə də, deyildi ki, istehlak kreditləri 29%-dən çox ola bilməz", - deyə Samir Əliyev qeyd etdi.
Diaspora