Yaxın Şərq akvatoriyasında gəmilərə hücumların genişlənməsi neftin qiymətinin bir barel üçün 120 dollara qədər yüksəlməsinə səbəb ola bilər.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “Goldman Sachs” bankının analitiklərinə istinadən məlumat yayıb.
Bankın qlobal əmtəə araşdırmaları bölməsinin rəhbərlərindən biri Daan Struyven agentliyə bildirib ki, regiondan neft ixracının normallaşması halında qiymət bir barel üçün 80 dollara qədər enə bilər.
“Son günlər baş verən hadisələr gəmiçilikdə fasilələrin genişlənməsi və dərinləşməsi riskinin həqiqətən ciddi olduğunu göstərir”, — deyə o əlavə edib.
Sentyabrın 1-də ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Silahlı Qüvvələri İranın obyektlərinə zərbələr endirib. Onun sözlərinə görə, buna İranın Hörmüz boğazında mina yerləşdirməyə uğursuz cəhdi və İordaniyadakı ABŞ hərbi bazasına hücumu səbəb olub.
Ertəsi gün Tramp ABŞ qüvvələrinin su hövzəsində 28 gəmini sıradan çıxardığını bildirib. Sentyabrın 3-də isə Ağ Ev rəhbəri Hörmüz boğazından neft tranzitinin bərpa olunduğunu açıqlayıb.
QAZİLER.AZ

