Azərbaycan ÜTT-yə üzvlük üçün danışıqları davam etdirir

Azərbaycan ÜTT-yə üzvlük üçün danışıqları davam etdirir backend

Martın 3-7-də Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmək məqsədilə Cenevrəyə səfər edəcək. Bu barədə Trend XİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

Görüşlər zamanı ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində Azərbaycanın təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək və ölkəmizin ticarət siyasəti kimi məsələlər müzakirə olunacaq.
Diaspora