Dünya birjalarında neftin qiymətindəki cüzi bahalaşma davam edir. ANS PRESS-in məlumatına görə, hazırda bazarlarda “Brent” markalı neftin qiyməti dünənə nisbətən bahalaşaraq 37.89 dollara çatıb. “Texas” nefti növbəti dəfə “Brent” neftini üstələyib. Belə ki, birjalarda “Texas” (WTI) markalı neftin bir bareli 38.10 dollar olaraq müəyyənləşib.
Mənbə: Bloomberg“AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə ötən gün 0.58 dollar bahalaşaraq 38,05 dollar təşkil edib.
Əmtəə birjalarında da qiymətlərdə müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunur. Qızılın qiyməti cüzi bahalaşma ilə 1 qramı 34,59 dollar olub. Gümüşün qiyməti isə bahalaşaraq 1 qram üçün 0.46 dollar müəyyənləşib.
Milli valyutamız olan manatın məzənnəsi euro və dollar qarşısında öz dəyərini itirməyə davam edir. Mərkəzi bankın üzən məzənnəyə keçid haqqında verdiyi qərardan sonra dollarda 50 faizə yaxın bahalaşma qeydə alınıb. Ötən gün 1 ABŞ dollarının qiyməti 1.5540 AZN təşkil edib. 1 avro 1.7043, 1 rubl 0.0221 AZN olub.