Qızıl son bir ayın ən aşağı səviyyəsinə endi

Qızıl son bir ayın ən aşağı səviyyəsinə endi backend

Sentyabrın 2-də neft qiymətlərinin kəskin artması fonunda qızıl ucuzlaşıb. Neftin bahalaşması inflyasiyanın sürətlənməsi və ABŞ-da pul-kredit siyasətinin sərtləşdirilməsi ilə bağlı narahatlıqları artırıb.

Qaziler.az xəbər verir ki, "Comex" birjasında dekabr tədarüklü qızıl fyuçerslərinin qiyməti 0,9% azalaraq bir unsiya üçün 4356,6 dollara enib ki, bu da 6 avqustdan bəri ən aşağı göstəricidir.

"Tradu.com"un eksperti Nikos Tsaburas bildirib ki, davam edən geosiyasi qeyri-müəyyənlik neft qiymətlərini yuxarı addımladır. Bu isə inflyasiya risklərini və faiz dərəcələrinin artırılması məsələsində FED (ABŞ Federal Ehtiyat Sistemi) üzərindəki təzyiqi gücləndirir. Nəticədə dollar möhkəmlənir və qızıl üçün əlverişsiz amilləri daha da kəskinləşdirir.

Trederlər ABŞ mərkəzi bankının pul-kredit siyasətini sərtləşdirəcəyini getdikcə daha çox gözləyirlər. "CME FedWatch"un məlumatına görə, faiz dərəcəsi fyuçerslərinin kotirovkalarına əsasən, bazar hazırda FED-in sentyabr ayında dərəcəni artırma ehtimalını 68% qiymətləndirir.

ICE tərəfindən hesablanan və dolların altı valyutaya (avro, İsveçrə frankı, yapon ienası, Kanada dolları, funt sterlinq və İsveç kronu) nisbətən dinamikasını göstərən DXY indeksi 0,2% artaraq son iki həftənin maksimumuna çatıb. Dolların möhkəmlənməsi digər valyuta sahibləri tərəfindən qiymətli metallara olan tələbata mənfi təsir göstərir.

Gümüşün qiyməti 1,7% azalaraq bir unsiya üçün 64,24 dollara, platin isə 2,5% azalaraq 1721,6 dollara düşüb.

QAZİLER.AZ