Suriya ordusu paytaxt Dəməşq yaxınlığında əməliyyat keçirib. Axar.az xəbər verir ki, ordu qüvvələri Daraya və Mudamiyə qəsəbələri arasında yerləşən strateji magistral yolu ələ keçirib.
FARS agentliyinin məlumatına görə, bununla da terrorçu qruplar mühasirəyə alınıb. Əməliyyat nəticəsində xeyli terrorçunun öldürüldüyü və əsir götürüldüyü bildirilir.