Aydın Əliyevdən sahibkarlara MÜRACİƏT

Aydın Əliyevdən sahibkarlara MÜRACİƏT backend

"Sahibkarlara müraciət edərək tövsiyyə edirəm ki, yükləri rəsmiləşdirərkən gömrük orqanları ilə təmasları vasitəçi şirkətlərlə deyil, birbaşa bizə müraciət etməklə yaratsınlar". APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.


A. Əliyev Şirvanda bildirib ki, bu sahədə şəffaflığın tam təmin olunması həm sahibkarlara dəstək olacaq, eyni zamanda süni şəkildə qiymətlərin artırılmasının qarşısı alınacaq: "Bu məqsədlə müəyyən addımlar atılmağa başlanılıb. İlk növbədə tranzit daşınmalar sahəsində vacib addımlar atılıb ki, əsas hədəfimiz daşınma xərclərinin maksimum dərəcədə aşağı salmaqdır".

DGK sədri bildirib ki, bu yaxında o Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə sərhəd-keçid məntəqələrində yüklərin və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi ilə bağlı həmin məntəqələrdəki vəziyyət tanış olub. "Orada vətəndaşlarla və sürücülərlə görüşdük. Onların verdikləri təklifləri ətraflı öyrənmək və gələcəkdə realizə etmək üçün tapşırıqlar verildi. 700-dən çox tranzit yüklü avtonəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil olub, artıq onlardan 200-dən çoxu Qazaxıstana və Qırğızıstana daxil olub. Nəqliyyat vasitələrinin limanda qalması ilə bağlı nə gömrük, nə də ki, sərhəd qoşunları ilə bağlı heç bir problemləri yoxdur", - deyə A. Əliyev qeyd edib.

Komitə sədri onu da qeyd edib ki, süni qiymət artımının qarşısını almaq üçün sahibkarlar və gömrük orqanları təmaslarını vasitəçi şirkətlərlə yox, birbaşa qurmalıdır.
Diaspora