Əmtəə bazarlarında qızıl və gümüş bahalaşır

Əmtəə bazarlarında qızıl və gümüş  bahalaşır backend

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

Qaziler.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,43% artaraq 4 124,5 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 1,62% artaraq 58,73 dollar təşkil edib.