Azərbaycan neftinin qiyməti 98 dolları ötüb

Azərbaycan neftinin qiyməti 98 dolları ötüb backend

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Qaziler.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6.97 dollar və ya 7,64% artaraq 98.19 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 91.22 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.