Maaş və pensiya kartlarında YENİLİK

Maaş və pensiya kartlarında  YENİLİK backend

Azərbaycan Mərkəzi Bankı maaş və pensiya kartları bazarında rəqabətin artırılması istiqamətində yeni mexanizmlər hazırlayır.

Qaziler.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA İnformasiya Agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sentyabr-oktyabr aylarında maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq ediləcək.

"Hal-hazırda texniki işlər görülür. Bu da rəqabətliliyin artırılmasına əminəm ki, təkan verəcək", – deyə Mərkəzi Bankın sədri əlavə edib.