Sos: Neftlə bağlı son hədd proqnozu

Sos: Neftlə bağlı son hədd proqnozu backend

Bəzi neft spekulyatorları 2016-cı ildə dünya bazarında neftin qiymətinin 16 dollaradək düşə biləcəyi proqnozu ilə müddətli kontraktları almağa başlayıblar. Axar.az xəbər verir ki, dünya analitiklərinin proqnozlarına görə, OPEK-in hasilatı azaltmaması, İranın neft bazarlarına qayıdışı, Rusiya və digər bir sıra ölkələrin istehsalı azaltmamaqda israrlı olması qlobal neft böhranın bir müddət davam edəcəyi ilə bağlı gözləntiləri gücləndirir.

Nyu York Ticarət Birjasının məlumatına görə, neft bazarındakı pessimist mənzərə investorların nefti 15, 20, 25 və 30 dollara olduqda belə sata biləcəkləri müqavilələrə yönəlməsinə yol açıb.

“Qoldman Saş”ın (“Goldman Sachs”) əmtəə araşdırmaları üzrə sədri Jefferey Currie həddindən artıq təklifin gələn il də davam edəcəyini və neftin bu şərtlər halında 20 dollara qədər enəcəyini söyləyib.
Diaspora