Azərbaycan Dövlət Neft Fondu qızıl satışını dayandırdı

Azərbaycan Dövlət Neft Fondu qızıl satışını  dayandırdı backend

Bu ilin II rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıl satmayıb və qızıl ehtiyatlarını 178,1 ton saxlayıb.

Qaziler.az bu barədə Fonda istinadən xəbər verir.

Bununla belə, bu il iyulun 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 31,4 % olub ki, bu da aprelin 1-nə nisbətən 4,2 faiz bəndi azdır. 2025-ci ilin iyulun 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 28,8 % olub.

Fondun bu il üçün təsdiq olunmuş investisiya portfelinə əsasən, qızıl altportfeli – yuxarı uzaqlaşma intervalı maksimum 4 % olmaqla, investisiya portfelinin məcmu dəyərinin 35 %-ə qədəri ola bilər.