Neftin qiyməti 90 dolları ötüb

Neftin qiyməti 90 dolları ötüb backend

ABŞ və İran arasında Yaxın Şərqdə gərginliyin artması fonunda dünya bazarında neftin qiyməti kəskin yüksəlib.

Qaziler.az APA-ya istinadla xəbər verir ki, Brent markalı neftin noyabr fyuçersləri 3,05% bahalaşaraq bir barel üçün 90,79 ABŞ dollarına yüksəlib. Bununla da Brent iyunun 11-dən bəri ən yüksək səviyyəsini görüb. Marka ötən həftə isə 15,9% bahalaşaraq apreldən bəri ən güclü həftəlik artımını qeydə alıb.

ABŞ-ın WTI markalı xam nefti isə 2,65% bahalaşaraq 84,68 ABŞ dollarına çatıb. Bu, WTI üçün iyunun 12-dən bəri ən yüksək göstəricidir. WTI də ötən həftə 15,5% bahalaşaraq mart ayının əvvəlindən bəri ən güclü həftəlik nəticəsini göstərib.

Qiymət artımına ABŞ və İranın qarşılıqlı hücumları gücləndirməsi, həmçinin Hörmüz boğazında enerji daşımalarına təhdidlərin artması səbəb olub. Son günlər tərəflər bir-birinin dəniz daşımalarına qarşı tədbirlər gördüklərini açıqlayıblar. ABŞ İran limanlarına dəniz blokadası tətbiq etdiyini, İran isə Hörmüz boğazında hərəkət qaydalarını pozduğunu iddia etdiyi gəmiləri hədəfə aldığını bildirib.

Analitiklərin fikrincə, dünya üzrə neft ticarətinin təxminən beşdə birinin keçdiyi Hörmüz boğazında risklərin artması bazarda təkliflə bağlı narahatlıqları gücləndirib və neft qiymətlərinin yüksəlməsinə səbəb olub.