Qızılın qiyməti 4100 dollardan aşağı düşdü

Qızılın qiyməti 4100 dollardan aşağı düşdü backend

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

Qaziler.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,49% azalaraq 4070,5 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 0,56% azalaraq 58,22 ABŞ dolları təşkil edib.