Təyyarə qəzaya uğradı, ölənlər var

Təyyarə qəzaya uğradı, ölənlər var backend

Hindistanda baş verən təyyarə qəzası nəticəsində 10 nəfər həlak olub. ANS PRESS-in Rusiyanın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Hindistanın Sərhəd Təhlükəsizliyi Xidmətinə məxsus təyyarə paytaxt Nyu-Dehli yaxınlığındakı aeroportda qəzaya uğrayıb. Təyyarədə olan Sərhəd Təhlükəsizliyi Xidmətinin 3 əməkdaşı və texniki heyətə aid 7 nəfər qəza nəticəsində həlak olub. Təyyarənin Nyu-Dehlidən Rançi (Carkhand ştatında yer) istiqamətinə uçduğu bildirilir. Qəzanın dəqiq səbəbləri hələlik bilinmir. Ehtimal edilir ki, “Super King” adlı təyyarə havaya qalxandan dərhal sonra qəzaya uğrayıb. Məlumata görə, hava layneri aeroportun yaxınlığında divara çırpılaraq yaxınlıqdakı kiçik hovuza düşərək yanıb.

Hadisə yerində çox sayda yanğınsöndürmə briqadası və polis əməkdaşları çalışır. Hindistanın daxili işlər naziri Racnat Sinqx də hadisə yerində olub.

Bundan əvvəl bu ilin may ayında da Hindistanda Miq-27 tipli qırıcı təyyarə qəzaya uğramışdı. Həmin qəza nəticəsində 2 yerli sakin ölmüşdü. Təyyarənin katapult edən pilotu isə yüngül xəsarətlərlə xilas ola bilmişdi.

Rəsmi məlumatlara görə, 2011-2014-cü illərdə Hindistan Hərbi-Hava Qüvvələri baş verən qəzalar nəticəsində 30 təyyarə və helikopter itirib. Qəzalara səbəbsə insan faktoru və uçaqların texniki nasazlığı göstərilir.

Diaspora