Rubl bahalaşdı

Rubl bahalaşdı backend

Rusiyada rublun məzənnəsi cüzi də olsa dollar və avro qarşısında bahalaşıb. Axar.az xəbər verir ki, bu gün Moskva birjasında 1 ABŞ dolları 0,13 qəpik ucuzlaşaraq 71,09 rubla düşüb.

1 avro isə 0,09 qəpik dəyər itirərək 77,73 rubl təşkil edib.

Rusiya Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən dollar bu gün 0,13 qəpik ucuzlaşaraq 71,12 rubl, 1 avro isə 0,13 qəpik bahalaşaraq 77,61 rubl olub.

Qeyd edək ki, bu gün “Brent” markalı xam neft 0,07 dollar güclənərək 36,42 dollara yüksəlib.
Diaspora