Bu gün türk diplomat Yılmaz Çolpanın Fransanın paytaxtı Parisdə qətlə yetirilməsindən 36 il ötür. ANS PRESS-in məlumatına görə, Türkiyənin Parisdəki turizm müşaviri Yılmaz Çolpan 1979-cu il dekabrın 22-də erməni terror şəbəkəsi “Asala” tərəfindən öldürülüb. Çolpan ermənilərin Parisdə qətlə yetirdiyi 2-ci diplomat olub. Hadisədən sonra xəbər agentliklərinə zəng vuran bir şəxs qətli “erməni soyqırımı ədalət birliyi” adlı təşkilat tərəfindən həyata keçirildiyini bildirib. “Türkiyə hökuməti ermənilərin haqlarını vermədiyi üçün türk diplomatları öldürürük” – deyə zəng vuran şəxs bildirib. Xatırladaq ki, erməni terror təşkilatı “Asala” Türkiyənin xarici ölkələrdə vəzifəli olan 42 diplomatını öldürüb.
Ərzaq satışı ilə məşğul olan və hazırda fəaliyyət göstərən mağazalarda isə qiymət artımı açıq şəkildə müşahidə edilirdi. Bunu satıcılar özləri də etiraf edirlər. Böyük supermarketlərdən birinin satıcısı təkcə kiloqramı 10 manat olan kolbasada 1 manatdan artıq artım olduğunu bildirdi: "Demək olar ki, bütün ərzaq məhsullarının qiyməti artıb. Ancaq hazırda bəzi şirkətlər məhsul verməkdən imtina ediblər. Ona görə də əlimizdə olan malları satırıq".Əllərində olan məhsulları dolların yüksəlməsindən əvvəl aldıqları halda, hazırda nə üçün baha satdıqları sualına isə satıcının cavabı belə oldu:"Qiymətin artırılması bizim səlahiyyətimizdə deyil. Rəhbərlik nə qiymət qoyur, onunla da satırıq".
Oxşar hal elektrotexnika mağazalarında da müşahidə edilir. Paytaxtda tanınmış elektrotexnika mağazalarının əksəriyyəti satışı dayandırıb. Hazırda həmin mağazaların bəzilərinin qapıları açıq olsa da, satıcılar sadəcə ödənişləri qəbul etdikərini bildirirlər:
"Düzdür, mağazamız hazırda açıqdır. Ancaq yalnız kredit ödənişlərini qəbul edirik. Rəhbərlik satışı dayandırmağımızı tapşırıb. Nə zaman bərpa ediləciyini də bilmirik", - deyə məşhur elektrotexnika mağazasının satıcısı bildirdi.
Diqqət çəkən bir məqam isə ictimai iaşə obyektlərinin pəncərəsinə yapışıdırılan endirim yazılarının sökülməyə başlaması idi.
Telefon mağazaları ilə bağlı ən diqqət çəkən məqam isə ölkənin öndə gedən mobil cihaz satan mağazalarının rəsmi internet saytlarının bağlı olmasıdır. Hazırda aparıcı telefon mağazalarının əksəriyyətinin rəsmi internet saytları işləmir. Saytların girişində isə "Saytımız təmir məqsədilə bağlanıb. Tezliklə yenidən istifadənizə veriləcək" yazıları yer alıb. Həmin telefon mağazaları da satışdan imtina ediblər.
İctimai iaşə obyektlərində süni qiymət artımı ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi də məlumat yayıb.
Bildirilir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib.
Xatırladaq ki, ötən gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bunun nəticəsində manat 47% devalvasiya edib.
Bankın açıqladığı rəsmi məzənnələrdə bunu açıq-aydın görmək olur. Belə ki, rəsmi məzənnə bülletenindən görünür ki, dollar həftəyə kəskin bahalaşma ilə - 1,55 manatla başlayıb. Bu gün isə 1 dollar 1.5511 manatdır.
Ümumiyyətlə, manat bütün valyutalar qarşısında dəyər itirib.
Dolların yüksəlməsindən bir neçə dəqiqə sonra qiymətlərin qalxması süni xarakter daşıyır. Çünki ABŞ valyutası məhz dünən daha çox dəyər qazandı. Həmin anda isə bütün qiymət artıranlar məhsulları bahalaşdırdılar. Daha çox qazanmaq istəyi təəssüf ki, bəzi işbazların qiymətləri süni şəkildə artırmasına gətirib çıxarıb. Ona görə də dövlət qurumları bu sahəyə nəzarəti gücləndirməlidirlər.