Qızılın qiyməti ucuzlaşmaqda davam edir

Qızılın qiyməti ucuzlaşmaqda davam edir backend

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

Qaziler.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 1,23% azalaraq 3 989 ABŞ dollarına bərabər olub.

“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 3,07% azalaraq 58,08 ABŞ dolları təşkil edib.