İlin 11 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 18,8 milyard dollar təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 34,7% azdır. "Turan" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, hesabat dövründə 10,6 milyard dollar məbləğində mal ixrac edilib. Bu, 2014-cü ilin eyni dövründəkindən 48,7% azdır. Xaricdən 8 milyard 196,1 milyon dollar məbləğində mal alınıb. Bu, ötən ilin eyni dövründəkindən 1% çoxdur.
DGK-ya görə, noyabrda ixrac 140,6 milyon, idxal 106 mmilyon azalaraq 854,3 milyon və 756,1 milyon dollar təşkil edib.
İxrac strukturunda neft, təbii qaz və neft məhsullarının xüsusi çəkisi 86% olub.