Elman Rüstəmov: “Bank sektorunda situasiya stabildir”

Elman Rüstəmov: “Bank sektorunda situasiya stabildir” backend

“Bank sektorunda situasiya stabildir və bunu sübut edən başlıca amillərdən biri bank sektorunun kapital adekvatlığıdır”.

Qaziler.az bildirir ki, "APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində bildirib.

E. Rüstəmov qeyd edib ki, beynəlxalq praktikada bu göstərici 8%-dir, lakin bu gün Azərbaycanın bank sektorunda bu rəqəm 17% təşkil edir.

“Bankların likvidliyi bu gün 2 dəfədən yuxarıdır. Bu baxımdan, bank sistemimiz sabit sistemdir. Biz mütəmadi olaraq sektorun stress-testləşməsini aparırdıq. Stress-testlərin nəticələri göstərir ki, bu gün bank sektoru hətta üzən məzənnə rejimində dayanıqlılıq nümayiş etdirir. Əmanətçilər üçün bu gün heç bir təhlükə yoxdur, mən bunu tam məsuliyyətlə qeyd edirəm. Bütövlükdə, əmanətlərin 80%-i xarici valyutadadır və onlar məzənnə dəyişikliyindən yaxşı sığortalanıb”, - deyə baş bankir bildirib.
Diaspora