"Bank BTB" ASC öz təşkilati-hüquqi formasını və adını dəyişdirərək "T-Kredit" MMC Bank Olmayan Kredit Təşkilatına (BOKT) çevrildiyini elan edib.
Qaziler.az bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 5 mart 2026-cı il tarixli qərarına əsasən, mövcud qanunvericiliyə uyğun şəkildə "Bank BTB" ASC-nin müraciəti nəzərə alınaraq onun bank olmayan kredit təşkilatı formasında yenidən təşkil edilməsinə əvvəlcədən razılıq verilmişdi.
Bankın aktivləri və öhdəlikləri "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) ötürülüb.
Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə təsis edilib. Bankın nizamnamə kapitalı 71,45 milyon manat təşkil edir. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Müşahidə Şurasının sədri Rza Sadiqə, 5,58 %-i isə Tükəzban Mahmudovaya aiddir.



