Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Axar.az “Blumberq”ə istinadən xəbər verir ki, “Brent” markalı xam neftin bir barrelinin qiyməti 0,54 dollar ucuzlaşaraq 36,34 dollar olub. VTİ markalı neftin qiyməti isə 0,20 dollar azalaraq 34,53 dollar təşkil edib.
***Birjalarda “Brent” markalı neft ucuzlaşaraq 36,18 dollara düşüb. Bu, “Brent”in 2004-cü ilin iyulundan bu yana ən aşağı göstəricisidir.