ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu artırıb.
Qaziler.az xəbər verir ki, bu barədə EIA-nın "Qısamüddətli enerji perspektivi" adlı hesabatının iyun ayı üzrə açıqladığı məlumatda qeyd edilib.
Yenilənmiş məlumatlara əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək. Ötən ay da bu rəqəm üzrə proqnoz 540 min barel olub.
Bu ilin ikinci rübündə sutkada neft hasilatı 550 min barel olacaq ki, ötən ay verilən proqnoz 540 min barel olub.
Bu ilin üçüncü və dördüncü rüblərində neft hasilatının sutkada 540 min barel olacağı gözlənilir ki, mayda həmin rüblər üçün verilən proqnoz da 530 min barel təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin birinci və ikinci rüblərdə neft hasilatı sutkada 570 min barel, üçüncü və dördüncü rüblərdə 560 min barel təşkil edib.
EIA-nın məlumatına görə, 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 570 min barel səviyyəsində olub.
Report.az



