Bolqarıstan Azərbaycanla qaz sahəsində əməkdaşlıqdan elektrik enerjisi layihələrinə keçir

Bolqarıstan Azərbaycanla qaz sahəsində əməkdaşlıqdan elektrik enerjisi layihələrinə keçir backend

Bolqarıstan Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsinə ümid edir.

Bunu "Report"a Bolqarıstanın energetika nazirinin müavini Kiril Temelkov 31-ci Bakı Enerji Forumunun kuluarlarında bildirib.

Nazir müavini vurğulayıb ki, Bolqarıstan Azərbaycanın dəstəyi ilə qaz tədarükünü əhəmiyyətli dərəcədə şaxələndirməyi bacaran ilk Avropa İttifaqı dövlətləri sırasında yer alıb.

"Azərbaycanla əməkdaşlığımız artıq uzun illərdir davam edir və hazırda ikitərəfli əməkdaşlığın genişləndirilməsi mərhələsindəyik. İndiyədək biz qaz tədarükünün təmin edilməsi istiqamətində olduqca fəal çalışmışıq. İndi bu sahədə fəaliyyətimizi davam etdirir, eyni zamanda, diqqətimizi elektrik təchizatı sektoruna da yönəldirik, elektrik enerjisi layihələri həyata keçiririk. Buna görə də tərəfdaşlığı davam etdirməkdən məmnun olacağıq və çox müsbət nəticələr əldə edəcəyimizə əminik", - K.Temelkov qeyd edib.