"BP-Azerbaijan" şirkətində kadr dəyişikliyi baş verib. Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, Elxan Məmmədov şirkətin neft və qaz hasilatı üzrə vitse-prezidenti təyin olunub.
O vəzifəsinin icrasına 2016-cı il yanvarın 1-dən başlayacaq.E. Məmmədov bundan öncə "BP-Azerbaijan"ın "Azəri" yatağı üzrə əməliyyatlarının rəhbəri olub.