Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndərilib

Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl  göndərilib backend

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən daha 4 vaqondan ibarət, çəkisi 272 ton olan gübrə və 6 vaqondan ibarət, çəkisi 420 ton olan taxıl "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.

Qaziler.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Vaqonlar saat 11:00-da Biləcəri stansiyasından yola salınıb. 

Xatırladaq ki, bundan əvvəl mayın 4-də 10 vaqondan ibarət, çəkisi 678 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.