Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.
Qaziler.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, söhbət 4 vaqon gübrə və 4 vaqon taxıldan gedir.
Vaqonların saat 11:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.
Xatırladaq ki, bundan əvvəl mayın 4-də 10 vaqondan ibarət, çəkisi 678 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.



