Bu gün Azərbaycandan keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək

Bu gün Azərbaycandan keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək backend

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək.

Qaziler.az xəbər verir ki, bu ölkəyə 7 vaqon taxıl və gübrə tədarük olunacaq.

Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Xatırladaq ki, sonuncu dəfə aprelin 24-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 350 ton Rusiya buğdası göndərilib.

Report.az