Qızılın qiyməti bu gün də aşağı enib

Qızılın qiyməti bu gün də aşağı enib backend

Qlobal əmtəə bazarlarında qiymətli metallar ucuzlaşıb.

Qaziler.az xəbər verir ki, COMEX birjasında qızılın iyun fyuçersləri 0,71% və ya 33,60 dollar azalaraq 4 690,40 dollar təşkil edib.

Spot bazarda da qızıl 0,43% və ya 20,05 dollar ucuzlaşaraq 4 674,09 dollara enib.

Gümüşün iyul fyuçersləri 0,72% və ya 0,55 dollar azalaraq 75,51 dollar olub. Misin qiyməti daha kəskin – 1,38% və ya 8,50 dollar azalaraq 605,75 dollar təşkil edib. Platin isə 0,82% və ya 16,56 dollar ucuzlaşaraq 1 994,72 dollar səviyyəsinə enib.

Analitiklərə görə, qiymətli metallarda eniş əsasən dolların möhkəmlənməsi və investorların riskdən qaçma meyllərinin dəyişməsi ilə bağlıdır.