Azərbaycan Beynəlxalq Bankı Rusiya Federasiyasındakı ABB-Moskva törəmə bankının idarə heyətinə yeni sədr təyin edib. Bankdan Trend-ə verilən məlumata görə, yeni sədr Emin Əfəndiyev təyin edilib.
E.Əfəndiyev səlahiyyətlərinin icrasına dekabrın 15-dən başlayıb.
Yeni sədr ali iqtisadi təhsil alıb, bir sıra kredit-maliyyə təşkilatlarında aparıcı vəzifələrdə işləyib, o cümlədən Kapital Bank və ABB-də çalışıb.