Cari ilin yanvar-mart aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 5,078 milyon ton xam neft və neft məhsulları ixrac edilib.
Qaziler.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% azalıb, fiziki ifadədə isə 934 min ton və ya 15,5% azalma qeydə alınıb.
Bu ilin yanvar-mart aylarında Azərbaycandan ən çox neft idxal edən ölkələrin ilk üçlüyünə İtaliya (3,273 milyon ton, 1,614 milyard dollar), Çexiya (355,5 min ton, 184,3 milyon dollar) və Rumıniya (372 min ton, 178,6 milyon dollardan çox) daxil olub.
Ətraflı
Cədvəldə 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan xam neft və neft məhsullarını idxal edən ən iri 10 ölkə göstərilib:
|
Ölkə |
İdxal həcmi |
İdxal dəyəri (ABŞ dolları ilə) |
|
İtaliya |
3 273 515.13 |
1 614 411 760 |
|
Çexiya |
355 470.34 |
184 328 190 |
|
Rumıniya |
372 051.77 |
178 619 930 |
|
Almaniya |
270 476.00 |
127 484 410 |
|
Portuqaliya |
223 549.41 |
112 357 890 |
|
Tunis |
183 708.58 |
94 503 370 |
|
Bolqarıstan |
130 821.20 |
67 865 340 |
|
Xorvatiya |
86 166.17 |
40 819 950 |
|
Türkiyə |
56 030.91 |
25 891 250 |
|
Fransa |
61 000.04 |
24 140 000 |
|
Digər |
65 044 780 |
30 287 430 |
Qeyd edək ki, Azərbaycandan çıxarılan neft qonşu ölkələrə və dünya bazarlarına üç neft kəməri vasitəsilə nəql olunur: Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC). Hazırda Bakı-Supsa kəməri ilə neftin ixracı dayandırılıb.



