2026-cı ildə Azərbaycanın real ÜDM artımının 2025-ci ildəki 1,4%-lə müqayisədə 2,2% səviyyəsində olacağı gözlənilir.
Trend bu barədə Beynəlxalq Valyuta Fondunun hesabatına istinadən məlumat verir.
Fondun proqnozlarına görə, 2027-ci ildə ölkənin iqtisadi artım templəri 2,5 faizə qədər sürətlənəcək.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkədə 129,1 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul istehsal olunub.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2,7 faiz artıb.ÜDM istehsalının 33,0 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi tikinti, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.Əhalinin hər nəfərinə düşən ÜDM 12602,2 manata bərabər olub.



