Yunanıstan parlamenti 1 mlrd avro məbləğində yeni kredit tranşının əldə olunması üçün islahatların ikinci paketinin həyata keçirilməsi haqqında qanun layihəsinin qəbul olunmasını dəstəkləyib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” məlumat yayıb.
Qanun layihəsinin qəbul edilməsinə 153 deputat səs verib, əleyhinə isə 138 nəfər çıxış edib. Hakim koalisiyası qanun layihəsini dəstəkləyiblər.
Qanuna əsasən, Avropa Qrupu dəstəklədikdən sonra 1 mlrd avro məbləğində yeni kredit tranşı artıq dekabrın 18-dək ayrılacaq.