ABŞ-İran münaqişəsi fonunda qlobal püstə qiymətləri səkkiz illik maksimuma çatıb. Belə ki, püstənin qiyməti funt başına 4,57 dollar olub.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” “Expana Markets”ə istinadən xəbər dərc edib.
“Expana Markets”in analitiki Nik Moss qeyd edib ki, İran dünyanın ikinci ən böyük püstə ixracatçısıdır və qlobal tədarükün üçdə birini təmin edir:
“Problemlər münaqişədən əvvəl də başlamışdı, çünki 2025-ci ildə gözləniləndən az məhsul yığılmışdı və İranda daxili siyasi qeyri-sabitlik müşahidə olunurdu”.
Digər bir amil Dubayda istehsal olunan və böyük məşhurluq qazanan püstə ilə doldurulmuş şokolada (Dubay şokoladı) tələbatın artması olub. populyarlığının kəskin artması idi.
QAZİLER.AZ



