Dünyanın ən ucuz neft növlərinin qiyməti 20 dollara qədər ucuzlaşıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Blumberq” agentliyi yayıb. Agentlik Meksika neftinin son 11 il ərzində ilk dəfə 73% dəyər itirərək 28 dollara düşdüyünü bildirib. İraq neftinin dəyəri 25 dollar olub. Kanadanın qərbində isə bəzi istehsalçılar nefti 22 dollardan bir qədər ucuz satıblar.
Qeyd edək ki, hazırda dünya bazarlarında “Brent” markalı neftin bir bareli 37 dollardan baha satılır.