Neftin ucuzlaşması OPEK-i hərəkətə gətirdi

Neftin ucuzlaşması OPEK-i hərəkətə gətirdi backend

Neftin qiymətinin ucuzlaşmasına görə OPEK təcili iclas keçirə bilər. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında OPEK prezidenti Emmanuel İbe Kaçikvu söyləyib. Onun sözlərinə görə, əgər neftin qiymətinin artımı fevrala qədər müşahidə olunmazsa, OPEK təcili iclas çağırmağa məcbur olacaq.


Qeyd edək ki, hazırda dünya bazarlarında neftin bir barrelinin dəyəri 37 dollardır. Bu, 2008-ci ildən bu yana qeydə alınmış ən pis göstəricidir.
Diaspora