Kolumbiyanın Kundinamarka departamentində turist avtobusunun yarğana aşması nəticəsində azı 7 nəfər ölüb, 11 nəfər xəsarət alıb APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, avtobusda ekskursiyadan qayıdan 30-a yaxın kollec tələbəsi olub.
Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir. Şahidlərin sözlərinə görə, sürücü avtobusu yüksək sürətlə idarə edib, təhlükəli manevrlərə yol verib.Qeyd edək ki, dekabrın 14-də Argentinanın Salta əyalətində jandarma avtobusunun yarğana yuvarlanması nəticəsində 43 nəfər ölüb.