Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızıl və gümüş  bahalaşıb backend

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

Qaziler.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin qiyməti 0,42% artaraq 4 458,09 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 0,71% artaraq 69,85 ABŞ dolları olub.