2018-ci ildən ötən dövrdə icra olunan 5 sosial islahat paketinin bir istiqaməti olaraq pensiyalarda davamlı artımlara nail olunması orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinin (əvəzetmə əmsalı) qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılmasında mühüm irəliləyişə imkan verib.
Qaziler.az nazirliyin məlumatına istinadla xəbər verir ki, 2026-cı ilin 1 mart tarixinə ölkəmizdə orta aylıq əməkhaqqı 1103,8 manat, orta aylıq pensiya 593 manat, yaşa görə orta aylıq pensiya 632 manat təşkil etməklə, qeyd edilən nisbət 2018-ci ilə nisbətən
- orta aylıq pensiya üzrə 40,7 faizdən 54 faizə,
- yaşa görə orta aylıq pensiya üzrə 45,8 faizdən 57,2 faizə çatıb.



