Səudiyyə Ərəbistanı neft hasilatını kəskin azaldıb

Səudiyyə Ərəbistanı neft hasilatını kəskin azaldıb backend

Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı hasilatı gündə 2,8 milyon barel azaldıb ki, bu da əvvəlki səviyyəsinin 26%-ni təşkil edir. Hazırda krallığın hasilatı gündə təxminən 8 milyon barelə düşüb.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumatlı mənbələrə istinadən yazır.

Agentliyin mənbələri izah edir ki, kəskin azalma ABŞ və İsrailin İrana hücumları nəticəsində Yaxın Şərqdə baş verən münaqişədən qaynaqlanıb. Həcmlərin azalması iki böyük dəniz yatağında hasilat dayandırıldıqdan sonra baş verib.

Agentlik vurğulayır ki, hazırkı rəqəm fevral ayı ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Ötən ay ölkə bazara gündə 10,111 milyon barel neft tədarük, 10,882 milyon barel isə istehsal edib.

QAZİLER.AZ