Çin valyutası yenidən devalvasiyaya uğradı

Çin valyutası yenidən devalvasiyaya uğradı backend

Çinin milli valyutası olan yuan yenidən devalvasiya uğrayıb. APA xəbər verir ki, bu gün Çin Xalq Bankı yenidən yuanın ABŞ dollarına qarşı rəsmi məzənnəsini azaldıb. Belə ki, yuan 137 bənd azalaraq 1 ABŞ dollarına qarşı 6,4495 yuan təşkil edib.


Qeyd edək ki, bundan əvvəl yuanın devalvasiyası dekabrın 10-da baş verib. Həmin vaxt Çinin milli valyutasının ABŞ dollarına qarşı məzənnəsi 6,42 yuana bərabər olub.

Ümumiyyətlə, bu il ərzində Çin Xalq Bankı ilk dəfə avqustun 11-də yuanın devalvasiyası ilə bağlı qərar qəbul edib. Bundan sonra üç gün ərzində Çinin milli valyutası dollara nisbətdə 4,6% ucuzlaşıb.
Diaspora