Avropada qazın qiyməti 500 dolları ötüb

Avropada qazın qiyməti 500 dolları ötüb backend

Avropada təbii qazın birja qiymətləri gündüz ticarəti zamanı kəskin şəkildə - 32 % artıb.

"Report" xəbər verir ki, bunu ticarət məlumatları təsdiqləyir.

"QatarEnergy"nin Qətərdəki ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) kompleksinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu səbəbindən istehsalın dayandırıldığını bildirməsindən sonra təbii qazın qiyməti hər 1000 kubmetr üçün 515 ABŞ dollarını keçib.

TTF indeksi (Avropanın Niderlandda yerləşən ən böyük habı) üzrə aprel (ən yaxın) fyuçersləri 464,7 ABŞ dolları (+19,1 %) səviyyəsində ticarətə başlayıb. Daha sonra qiymət 515,2 ABŞ dolları (+32,1 %) təşkil edib.

Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə - hər 1000 kubmetr üçün 390,1 ABŞ dollarına əsaslanır.