"Azərbaycan Hava Yolları" QSC (AZAL) yeni "Promo" tarifi üzrə Bakı-Moskva (Domodedovo) reysinə biletlərin qiymətini azaldıb.
Qaziler.az bildirir ki, AZAL-dan Trend-ə verilən məlumata görə, yeni tariflə Bakıdan Moskvaya aviabiletlər 122, əks istiqamətə isə 110 avrodur.Biletlərin dəyərinə bütün rüsumlar, həmçinin qidalanma və 8 kq-dək əl yükü daxildir. Bir baqaj yerinin (23 kq-dək) qiyməti 25 avro təşkil edir.
Qeyd edək ki, bundan əvvəl biletlərin qiyməti bu tarif üzrə təqribən 295 manat idi.
Uçuşlar "Airbus A320" təyyarəsi ilə həyata keçirilir.