Neftin qiyməti 30 dollara doğru gedir

Neftin qiyməti 30 dollara doğru gedir backend

Neftin qiyməti , OPEK-in 4 dekabrdakı iclasında hasilatı azaltmamaq qərarı verdikdən bu yana, altı gündür düşür və bu təxminən doqquz ayın ən uzun ucuzlaşma dövrünə işarə edir.

OPEK, cümə gününə olan hesabatında İraqdakı artımın təsiri ilə, istehsalın noyabr ayında üç ilin ən yüksək səviyyəsinə (ayda 31,7 milyon barel) çıxdığını qeyd edib.

Neft qiymətləri, OPEK-in yüksək xərcli neft istehsalçılarına qarşı bazar payını qoruma strategiyasını aparması ilə düşür. OPEK hesab edir ki, ABŞ-ın nefti yüksək xərclər ilə hasil edən istehsalçıları aşağı qiymətlər qarşısında tab gətirə bilməyərək fəaliyyətlərini dayandıracaqlar.

Analitiklər bildirirlər ki, OPEK-in noyabr ayındakı hasilat rəqəmi (31,7 milyon barel), qlobal təklif çoxluğunun artmaqda olduğunu göstərir və buna qarşı tələbdə də artım yoxdur. Neft 30 dollara kimi düşə bilər.

Bakı vaxtı ilə 10:00-da beynəlxalq birjalarda Brent nefti 39,40 dollardan, ABŞ xam nefti isə 36,50 dollardan alıcı tapıb. (marja.az)
Diaspora