Dünya əmtəə bazarlarında qızılın qiyməti 5 min dolları ötüb.
Qaziler.az xəbər verir ki, Comex birjasında (GC1) qızıl fyuçerslərinin qiyməti 1,98% yüksələrək 5 046,3 dollar/unsiya səviyyəsinə çatıb, qiymət artımı 97,9 dollar təşkil edib.
Spot bazarda (XAU/USD) qızılın qiyməti isə 2,43% artaraq 5 042,04 dollar/unsiyaya yüksəlib.
Comex-də gümüş 3,02% bahalaşaraq 77,96 dollar/unsiya təşkil edib.
Mis fyuçersləri isə 0,29% yüksələrək 586,25 sent/funt olub.
Platin spot bazarda (XPT/USD) 3,07% bahalaşaraq 2 066,78 dollar/unsiyaya çatıb. Qiymətli metalın dəyəri son ticarətdə 61,51 dollar artıb.
Analitiklər qiymətli metallar bazarındakı yüksəlişi qlobal iqtisadi qeyri-müəyyənlik, geosiyasi risklərin güclənməsi və investorların təhlükəsiz aktivlərə marağının artması ilə izah edirlər.



