Bu gün taxılla yüklü daha 8 vaqon Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana göndəriləcək.
Apa xəbər verir ki, göndərilən taxılın ümumi çəkisi 560 tondur.
Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 660 ton taxıl (bugünkü 560 ton daxil olmaqla) göndərilib.
***
14:56
Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl yüklü vaqonlar göndəriləcək.
Apa xəbər verir ki, bu gün taxıl yüklü 8 vaqon Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana yola salınacaq.
Qeyd edək ki, Rusiyadan sonuncu taxıl yüklü vaqonlar fevralın 1-də Azərbaycandan Ermənistana yola salınıb. Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə ümumi çəkisi 1746 ton olan 25 ədəd taxıl yüklü vaqon ötən gün Ermənistan Respublikasına çatıb. Buna qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu (19 900 tona yaxın) taxıl göndərilib.



